Türkiyə XİN rəhbəri NATO iclasında Ukrayna münaqişəsinə son qoyulmasının zərurətini vurğulayacaq- ÖZƏL

Türkiyə Xarici İşlər naziri Hakan Fidan 3 dekabr tarixində Brüsseldə keçiriləcək NATO nazirlər toplantısında və NATO-Ukrayna Şurasının iclasında iştirak edəcək. Olaylar.az xəbər verir ki, məlumata görə, nazir Fidan Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatlarına son qoyulmasının və ədalətli, dayanıqlı sülhün təmin olunması üçün şərait yaradılmasının zəruriliyini vurğulayacaq. O, həmçinin son hadisələrlə bağlı Türkiyənin mövqeyini açıqlayacaq və ölkəsinin sülh prosesinə hər cür dəstək verməyə hazır olduğunu bildirəcək.
Türkiyə həmçinin Ukraynanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini təsdiqləyəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31