Türkiyədə narkotik vasitələrə qarşı əməliyyat: 29 nəfər saxlanılıb

Türkiyənin Diyarbəkir vilayətində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı geniş miqyaslı əməliyyat keçirilib.

Olaylar.az bu barədə türk KİV-lərinə istinadən xəbər verir.

Məlumata görə, vilayətin "jandarm komandanlığı"nın narkotiklərlə mübarizə bölməsinin əməliyyatçıları tərəfindən narkotik vasitələrin ticarəti ilə məşğul olan, onları daşıyan və istifadə edən şübhəlilərə qarşı keçirilmiş əməliyyatın gedişində 29 nəfər saxlanılıb.

Əməliyyatlarda 38 kiloqram həşiş, 114 ədəd narkotik həb və 3 qram metamfetamin ələ keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31