Avropa Komissarı: Aİ-nin ABŞ-dan asılılığı Avropalıların mentalitetindən irəli gəlir- ÖZƏL
13:11 DünyaAvropa İttifaqının müdafiə və kosmos məsələləri üzrə komissarı Andryus Kubilius Aİ-nin ABŞ-dan asılılığının və qərarvermədə müstəqil olmamasının avropalıların mentaliteti ilə bağlı ola biləcəyini bildirib. Olaylar.az xəbər verir ki, Kubilius Euronews-a verdiyi müsahibədə deyib ki, "Biz bəzi mentalitet məsələlərini aşmalıyıq. Adətən Vaşinqtondan planlar gəlməsini gözləyirik. Yaxşı olardı ki, əvvəlcə öz planımızı hazırlayaq, sonra onu ABŞ-ın planları ilə müqayisə edib, nəyin yaxşı olduğunu və nəyin müzakirə edilməli olduğunu müəyyən edək". Komissar əlavə edib ki, Aİ müdafiə və geosiyasi mövqelərdə daha müstəqil olmalıdır.
O, aparıcının gənclərin hərbi hazırlıq keçməsi barədə sualına cavab verərkən, yalnız qeyd edib: "Biz özümüzü qorumağı bacarmalıyıq".