Çin Rusiyanın vizası ləğv etmə qərarını alqışlayır: Dostluq və əməkdaşlıq güclənəcək – ÖZƏL

Rusiya və Çin arasında viza rejiminin ləğvi iki ölkə xalqları arasında dostluğun və əməkdaşlığın möhkəmlənməsinə töhfə verəcək.

Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinin 14 sentyabr 2026-cı il tarixinə qədər qarşılıqlılıq prinsipi əsasında Çin vətəndaşlarının Rusiyaya 30 günə qədər vizasız gələ bilməsi haqqında fərmanını şərh edərkən Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Szyan (Lin Jian) brifinqdə bildirib.

Lin Szyan qeyd edib: "Bu, yaxşı xəbərdir. Çin tərəfi inanır ki, bu addım iki xalq arasında dostluğu daha da gücləndirəcək, həmçinin müxtəlif sahələrdə ikitərəfli mübadilə və əməkdaşlığa kömək edəcək."

Diplomat əlavə edib ki, Çin tərəfi daha çox rusiyalı dostun yeni rejimdən istifadə edərək Çinə səfər etməsini səmimiyyətlə alqışlayır, eyni zamanda Çin vətəndaşlarının vizasız rejimdən istifadə edərək Rusiyaya səyahət etmələrini səbirsizliklə gözləyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31