Pentaqon Almaniya Müdafiə Nazirliyi ilə əlaqəni dayandırıb- ÖZƏL
12:11 DünyaABŞ Müdafiə Nazirliyi Almaniya Müdafiə Nazirliyi ilə birbaşa əlaqəni dayandırıb. Olaylar.az xəbər verir ki, bu barədə Almaniya Bundesverinin (BUNDESWEHR) general-leytenantı Kristian Freydinq "The Atlantic" jurnalına verdiyi müsahibədə bildirib.
Freydinqin sözlərinə görə, o əvvəllər Ukraynaya yardımın koordinasiyası üzrə işçi qrupuna rəhbərlik edərkən Pentaqonla "24 saat ərzində" əlaqədə ola bilirdi. Lakin son dövrlərdə bu əlaqə "tamamilə kəsilib".
Alman general həmçinin qeyd edib ki, ABŞ prezidenti Donald Tramp administrasiyası Kiyevə bəzi silah tədarükünün dayandırılacağı barədə əvvəlcədən məlumat verməyib. Hazırda o, ABŞ tərəfi ilə birbaşa əlaqə əvəzinə Almaniya səfirliyinə müraciət etməli olur ki, oradan Pentaqonda əlaqə tapa bilsin.
Xatırladaq ki, ABŞ və Almaniya arasında bu hadisə fonunda Vaşinqton Ukrayna böhranının həllinə yönəlmiş planlarını davam etdirir. ABŞ əvvəl 28 maddədən ibarət Ukrayna üzrə sülh planı təqdim etmiş, lakin Kiyev və Avropa tərəfdaşları bəzi dəyişikliklər təklif etmişdi. 23 noyabrda ABŞ və Ukrayna arasında Cenevrədə məsləhətləşmələr aparılıb, daha sonra plan Moskva və Kiyev mövqeləri nəzərə alınaraq 22 maddəyə endirilib. Eyni zamanda, Rusiya prezidenti Vladimir Putin 2 dekabrda ABŞ liderinin xüsusi nümayəndəsi Stiven Uitkoffla görüşəcək və əsas mövzu Ukrayna böhranının həlli olacaq.