Aİ Gürcüstanda nümayişçilərə qarşı kimyəvi silah ittihamlarına cavab tələb edir – ÖZƏL

Olaylar.az xəbər verir ki, Avropa Komissiyasının Xarici Siyasət və Təhlükəsizlik Məsələləri üzrə mətbuat katibi Anita Hipper, BBC-nin jurnalist araşdırmasına cavab olaraq Gürcüstanda nümayişçilərə qarşı kimyəvi silah tətbiqi iddialarına münasibət bildirib.

Hipperin Bəyanatı: "Biz indicə Gürcüstanda nümayişçilərə qarşı kimyəvi silah tətbiqi ilə bağlı media məlumatlarına baxdıq. Əgər bu təsdiqlənərsə, qəbuledilməz olacaq."

Mətbuat katibi vurğulayıb ki, Avropa Komissiyası "nümayişçilərə qarşı kimyəvi silah tətbiqi ilə bağlı ittihamlarla əlaqədar sürətli, şəffaf və etibarlı bir araşdırma gözləyir."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31