Rusiya və Çin arasında vizasız səfərlər iki ölkə münasibətlərini gücləndirəcək - ÖZƏL

Rusiya və Çin arasında vizasız gediş-gəliş rejiminin tətbiqi iki ölkə arasında dostluğun daha da möhkəmlənməsinə və ikitərəfli əməkdaşlığın genişlənməsinə xidmət edəcək. Olaylar.az xəbər verir ki, bu barədə Çin XİN məlumat yayıb.
Çinin Xarici İşlər Nazirliyi vizasız rejimin tətbiqini "yaxşı xəbər" kimi qiymətləndirib və vurğulayıb ki, qərar qarşılıqlı əlaqələrin intensivləşməsinə, humanitar və iqtisadi münasibətlərin inkişafına müsbət təsir göstərəcək. Nazirlikdən bildirilib ki, yeni qaydalar ölkələrin xalqları arasında təmasları artıracaq və əməkdaşlıq üçün daha əlverişli şərait yaradacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31