Ermənistan və Aİ Strateji Tərəfdaşlıq Gündəliyini imzalayır – ÖZƏL

Dekabrın 2-də Brüsseldə keçiriləcək Tərəfdaşlıq Şurasının iclasının yekunlarına əsasən, Ermənistan və Avropa İttifaqı (Aİ) Strateji Tərəfdaşlıq Gündəliyini imzalayacaqlar.

Olaylar.az xəbər verir ki, bu barədə Avropa İttifaqının genişlənmə siyasəti üzrə Ali Komissarı Marta Kos Brüsseldə erməni jurnalistlərlə görüşündə məlumat verib.

Yeni tərəfdaşlıq gündəliyini Ermənistanın Xarici İşlər Naziri Ararat Mirzoyan və Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Komissarı Kaya Kallas imzalayacaqlar.

Marta Kos bildirib ki, bu sənəd Ermənistan və Aİ arasında nələrin edilə biləcəyinə dair fəaliyyət planı və yol xəritəsi olacaq.
Gündəlik Ermənistanın iqtisadi inkişafına və institusional quruculuğunun güclənməsinə kömək edən dəstəyi ehtiva edir.
Yeni sənəd həmçinin müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı əhatə edəcək.

Marta Kos əlavə edib ki, Aİ qarşıdan gələn parlament seçkiləri ərəfəsində Ermənistanı mümkün hibrid təhdidlərə, dezinformasiyanın yayılmasına və kiberhücumlara qarşı mübarizədə dəstəkləyəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31