Anti-Rusiya sanksiyaları Almaniya iqtisadiyyatını “tamamilə boşaldıb”- ÖZƏL

Almaniya iqtisadiyyatı Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan ciddi şəkildə zərər görüb. Olaylar.az xəbər verir ki, bu barədə amerikalı köşə yazarı Brandon Vayxert "The National Interest" jurnalında dərc olunan məqaləsində bildirib. Müəllifin sözlərinə görə, NATO-nun Ukrayna ilə bağlı Rusiyaya qarşı atdığı addımlar Avropanın iqtisadi modelini zəiflədib. O qeyd edib ki, Almaniyanın güclü sənaye iqtisadiyyatı təkcə sanksiyaların nəticələri səbəbindən deyil, həmçinin ölkənin enerji təhlükəsizliyində mühüm rol oynayan "Şimal Axını-2" qaz kəmərinin itirilməsi ilə də ciddi zərbə alıb.
Vayxert hesab edir ki, Ukraynadakı münaqişə enerji daşıyıcılarının qiymətlərinin artmasına, iqtisadi gərginliyin yüksəlməsinə və nəticə etibarilə Avropa İttifaqı daxilində siyasi təzyiqlərin güclənməsinə gətirib çıxarır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31