Paşinyan komandasına: “Tənqidə söyüşlə cavab verməyin” – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan hakim "Vətəndaş Müqaviləsi" partiyası üçün yeni etik kodeksin qəbul edildiyini bildirib. Paşinyan sosial şəbəkələrdə yazıb ki, sənəddə partiya üzvləri üçün "yeni standartlar" və davranış modelləri müəyyən edilib.

Baş nazir vurğulayıb ki, bundan sonra nə o, nə də komanda üzvləri siyasi opponentlərin tənqidlərinə təhqir və ya qeyri-etik ifadələrlə cavab verməyəcək. Onun sözlərinə görə, bu yanaşma zəiflik əlaməti deyil, əksinə, "daha yüksək davranış standartlarına sadiqlik"dir.

Qeyd edək ki, Paşinyanın və komandasının sosial şəbəkələrdəki kəskin və emosional paylaşımları əvvəlki dövrlərdə cəmiyyətdə narazılıqlar doğurmuşdu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31