Kolumbiya prezidenti Ukraynadakı ölkəsindən olan muzdluların azad edilməsi barədə göstəriş verib- ÖZƏL
09:57 DünyaKolumbiya Prezidenti Qustavo Petro ölkəsinin xarici işlər nazirliyinə Ukrayna hakimiyyəti ilə əlaqə yaratmaq və Ukrayna Silahlı Qüvvələri tərəfindən saxlanıldığı iddia olunan kolumbiyalı muzdluların azad edilməsinə nail olmaq tapşırığı verib. Olaylar.az xəbər verir ki, Prezident Petro X platformasında yazıb: "Görünür, aldadılan bu kolumbiyalılar Ukraynada girov saxlanılır. Diplomatik xidmətimiz Zelenski ilə əlaqə qurmalı və kolumbiyalı döyüşçülərin azad edilərək vətənə qaytarılmasını tələb etməlidir."
Dövlət başçısı bu açıqlamanı sosial şəbəkələrdə yayılan videogörüntüyə münasibət olaraq verib. Həmin videoda kolumbiyalı muzdlulardan biri - Kamilo Melo müqaviləsi başa çatmasına baxmayaraq, Ukraynanı tərk etməsinə icazə verilmədiyini bildirir. O deyir ki, ukraynalı kuratorlar onu və digər kolumbiyalı muzdlunu döyüb və vəd edilən ödənişlərin çoxu verilməyib. Melo Facebook-da da üzündəki və bədənindəki zədələri göstərən fotolar paylaşaraq yazıb: "Mənə söz verilənlərin çoxu ödənilmədi. Mən buradan heç nə ilə qayıdıram."