Gürcüstanda üç müxalifət partiyası ləğv edilə bilər

Gürcüstanın hakim "Gürcü Arzusu" partiyası keçmiş prezident Mixail Saakaşvilinin yaratdığı "Vahid Milli Hərəkat" da daxil olmaqla, bəzi müxalifət partiyalarının fəaliyyətini qadağan etməyi planlaşdırır.

Olaylar xəbər verir ki, bu barədə "Sputnik Gürcüstan" məlumat yayıb.

Bildirilir ki, qadağa "Yenilikçi və Güclü Gürcüstan" Koalisiyasına daxil olan üç partiyaya şamil oluna bilər.

Parlamentin spikeri Şalva Papuaşvili bildirib ki, bu partiyalar koalisiya birliyi yaradıblar və vahid orqanizm kimi fəaliyyət göstərirlər.

Sentyabrda Gürcüstanın Baş naziri İrakli Kobaxidze bəyan etmişdi ki, hakimiyyət bu ilin oktyabrında ölkənin konstitusiya məhkəməsində keçmiş prezident Mixail Saakaşvilinin təsis etdiyi müxalif Vahid Milli Hərəkat Partiyasının fəaliyyətinin qadağan edilməsi ilə bağlı iddia qaldırmağı planlaşdırır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31