ABŞ Yaponiyaya ilk raket tədarükünü təsdiqləyib

ABŞ raketləri Yaponiyaya çatdırılacaq.

Olaylar ölkənin yerli KİV-lərinə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bəyan edib.

O, Yaponiyaya səfəri zamanı bu ölkənin Baş naziri Sanae Takaiti barədə bildirib ki, onunla danışıqlar aparmaq çətindir:

"Demək istədiyim budur ki, az əvvəl ilk raket partiyasını artıq təsdiqlədim. Bu, Yaponiyanın Özünümüdafiə Qüvvələrinə F-35 qırıcıları üçün göndəriləcək ilk raket tədarüküdür".

Tramp raketlərin dəqiq növünü və sayını açıqlamayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31