ABŞ Çinlə uzunmüddətli müharibədə məğlub olacaq - ÖZƏL
28 Oktyabr 20:12 DünyaABŞ Silahlı Qüvvələri Çinlə uzun sürən silahlı münaqişə baş verəcəyi təqdirdə məğlub olacaq, çünki Amerika sənayesi silahları sürətli və böyük miqyasda istehsal edə bilməyəcək.
Olaylar xəbər verir ki, bu barədə "The Atlantic" jurnalında məqalə dərc olunub.
Məqalədə vurğulanır ki, ABŞ öz Silahlı Qüvvələrini Çin dronlarının hücumuna və illərlə davam edə biləcək münaqişəyə hazırlamalıdır. Əks halda, ilkin döyüşləri qazana bilsə də, uzunmüddətli müharibədə uduzmaq ehtimalı yüksəkdir.
Hazırda ABŞ daha güclü orduya sahibdir, bu ordu döyüş təcrübəsi ilə daha yaxşıdır və qabaqcıl texnologiyalara malikdir. İlkin mərhələdə ABŞ Çin tərəfinə nisbətən böyük itkilər verə bilər. Lakin istehsal imkanlarının azalması səbəbindən döyüş meydanında qarşılaşacağı itkilərin hətta kiçik bir hissəsini belə bərpa etməkdə çətinlik çəkəcək.
Çin isə qısa müddətdə silah istehsalının miqyasını və sürətini əhəmiyyətli dərəcədə artırmaq imkanına malikdir.
"The Atlantic" qeyd edir ki, istehsalın bir çoxunun xaricə köçürülməsi ABŞ-ın illərlə yığılmış təcrübəsini itirməsinə səbəb olub. Misal olaraq gəmiqayırma sahəsi göstərilib: 2024-cü ildə dünyada inşa olunan gəmilərin ümumi su tutumunun yalnız təxminən 0,1%-i ABŞ-a, Çin isə 50%-dən çoxuna sahibdir. Məqalədə vurğulanır ki, ABŞ-da ən təcrübəli işçilərin işlədiyi ən səmərəli gəmi zavodları ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsusdur. Lakin bütün gəmiqayırma sənayesini bərpa etmək illərlə vaxt alacaq və hətta bundan sonra ABŞ zavodları yalnız Çin istehsalının kiçik bir hissəsini istehsal edə biləcək.
Gəmiqayırma yalnız ABŞ-ın çətinliklə rəqabət apara biləcəyi sahələrdən biridir. Çin dünya kommersiya dronlarının 90%-ni istehsal edir və bu gün Ukrayna və Rusiya dronlarında istifadə olunan bir çox komponentləri təmin edir.
"The Atlantic" vurğulayır ki, vəziyyəti daha da pisləşdirir ki, ABŞ-ın hərbi baxımdan müttəfiqləri də kifayət qədər hazırlıqlı deyil. Bundan əlavə, ABŞ Prezidenti Donald Tramplın administrasiyasının fəaliyyəti yalnız ABŞ ilə digər Qərb ölkələri arasında fikir ayrılıqlarını artırır, Qərb alyansının birliyini gücləndirmir.
İbrahim Məmmədli