Tokayev və Stubb Ukrayna münaqişəsinin diplomatik həllini dəstəkləyiblər - ÖZƏL

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Finlandiya Prezidenti Aleksandr Stubb Astanada keçirilən görüşdən sonra Ukrayna münaqişəsinin həlli ilə bağlı ortaq mövqeni əks etdirən birgə bəyanat yayıblar.

Olaylar xəbər verir ki, bəyanatda iki lider Ukraynada BMT Nizamnaməsinin prinsiplərinə uyğun olaraq hərtərəfli, ədalətli və dayanıqlı sülhün tezliklə təmin edilməsinin vacibliyini vurğulayıblar.

Həmçinin, Tokayev və Stubb görüşün yekununda iki ölkə arasında ikitərəfli münasibətləri daha da gücləndirmək və əməkdaşlığı dərinləşdirmək məqsədilə sıx dialoqu davam etdirməyə razılıq veriblər.

Əvvəllər Stubb Avropanı ABŞ Prezidenti Donald Trampla əməkdaşlığı davam etdirməyə çağırıb, əks halda, onun sözlərinə görə, Rusiya "təkrar ABŞ liderinə təsir göstərə bilər". "The Telegraph" nəşri qeyd edib ki, xəbərdarlıq Rusiya Fondunun rəhbəri Kirill Dmitriyevin Vaşinqtona təcili səfəri zamanı səsləndirilib.

Sentyabr ayında Qazaxıstan Prezidenti Tokayev Nyu-Yorkda 80-ci BMT Baş Assambleyasının iclası çərçivəsində Vladimir Zelenski ilə görüşərək Ukrayna münaqişəsinin diplomatik yolla həllini dəstəklədiyini bildirib.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31