Ərdoğan: Hərbi sənaye məhsullarının ixracına görə dünyada 11-ci yerdəyik

Türkiyənin müdafiə sənayesində yerli istehsalın payı 80 faizə yüksəlib.

Olaylar xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Türkiyə təhlükəsizlik qüvvələrinin tələbatını tamamilə yerli istehsal məhsulları ilə qarşılayır. Müdafiə sənayesində yerli istehsalın payını 20 faizdən 80 faizə çatdırdıq. Hazırda 1400-dən çox layihə həyata keçiririk və pilotsuz uçuş aparatlarının istehsalına görə dünyanın ilk üç ölkəsi sırasındayıq. Hərbi sənaye məhsullarının ixracında dünyada 11-ci yerdəyik", - Ərdoğan vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31