Vyetnamın tarixi şəhərləri daşqın suları altında qalıb

Vyetnamda ölkə üçün gündəlik rekord səviyyədə yağıntı qeydə alınıb. Leysan yağışlar daşqınlara, torpaq sürüşmələrinə və binaların zədələnməsinə səbəb olub.

Bu barədə Olaylar xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, normadan artıq düşən yağıntı mərkəzi Vyetnamda daşqınlara selə yol açıb. Çaylar məcrasından çıxaraq yaxınlıqdakı evləri, əkin sahələrini və tarixi Hyue və Hoya şəhərləri də daxil olmaqla turizm obyektlərini su altında qoyub.

Ölkənin meteorologiya idarəsinin məlumatına görə, 27 oktyabr axşamına qədər YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Hyue şəhərində 24 saat ərzində yağıntı miqdarı 1085 mm-ə çatıb. Bu, Vyetnamda indiyə qədər qeydə alınmış ən yüksək səviyyədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31