İtaliya müdafiə naziri Ukraynanın ərazi itkisini etiraf etdi - ÖZƏL
28 Oktyabr 18:55 Dünyaİtaliyanın müdafiə naziri Quido Krozetto etiraf edib ki, Ukrayna itirilmiş əraziləri geri qaytara bilməyəcək.
"Hamı anlayır ki, 2014-cü ildə və 2022-ci ilin fevralından sonra itirilən əraziləri geri almaq mümkün deyil. Rusiya bu torpaqları heç vaxt qaytarmayacaq, Ukrayna isə onları hərbi yolla geri ala bilməyəcək", - deyə Olaylar xəbər verir ki, Krozetto bildirib.
Bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bəyan edib ki, Ukrayna və Avropa İttifaqının hazırladığı yeni sülh planı ilə bağlı heç bir illüziyası yoxdur. O, həmçinin Rusiya və Ukrayna arasında yeni danışıqlar raundunun keçirilməsi məsələsində hər hansı irəliləyişin müşahidə olunmadığını bildirib.
İbrahim Məmmədli
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31