Lavrov: NATO ölkələri ABŞ-ı Ukrayna üzrə sülh təşəbbüsündən imtina etdirməyə çalışır - ÖZƏL

Şimali Atlantika Alyansına üzv ölkələr Ukrayna ilə bağlı sülh təşəbbüsündən imtina etməyə ABŞ-ı məcbur etməyə çalışırlar.

Olaylar xəbər verir ki, bu barədə Belarusun paytaxtı Minskdə keçirilən Avrasiya Təhlükəsizliyi üzrə Beynəlxalq Konfransda Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib.

"Əksər Avropa ölkələrinin rəhbərləri bütün gücləri ilə ABŞ administrasiyasını Ukraynada münaqişənin əsas səbəblərinin aradan qaldırılması yolu ilə nizamlanma ideyasından əl çəkməyə inandırmağa çalışırlar", - deyə Lavrov bildirib.

Xarici işlər naziri əlavə edib ki, Rusiya heç vaxt NATO və Avropa İttifaqı ölkələrinə hücum etmək niyyətində olmayıb və hazırda da belə bir niyyəti yoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31