Rəsmi İrəvan: "Rusiya bizə Ermənistanı necə xilas etməyi göstərməsin" – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistan Milli Məclisinin Xarici Əlaqələr üzrə Daimi Komissiyasının sədri, hakim "Vətəndaş Müqaviləsi" Partiyasından olan deputat Sarkis Xandanyan oktyabrın 28-də Şərq Tərəfdaşlığı Parlament Assambleyasının (EURONEST) 12-ci plenar sessiyasında çıxış edib.

Xandanyan bəyan edib: "Biz Rusiyanın Ermənistanı necə xilas etməli olduğumuzu bizə göstərməsinə icazə verməyəcəyik. Bizim kifayət qədər xilaskarımız var, Ermənistan xalqının ölkədən kənarda xilaskarlara ehtiyacı yoxdur."

Deputat həmçinin Moldovanın qeyd etdiyi "hibrid hücumlar"la bağlı Ermənistanda da oxşar qanunauyğunluqlar gördüklərini bildirib. Müxalifətin "Şərəfim var" fraksiyasının rəhbərinə cavab olaraq isə Xandanyan Ermənistanda siyasi məhbusların olmadığını və 2018-ci ildən bəri ölkənin korrupsiya və suverenlik təhdidləri ilə kompromisə getmədiyini vurğulayıb.

Xandanyanın sözlərinə görə, Ermənistan və Azərbaycan arasında çox kövrək sülh yaranıb və bu sülhü möhkəmləndirmək üçün hər şey edilməlidir. O, Azərbaycan tərəfindən saxlanılan şəxslər və itkin düşənlər kimi bir çox həll olunmamış məsələlərin qaldığını diqqətə çatdırıb.

Nəticə olaraq, deputat kommunikasiyaların blokdan çıxarılmasının və TRIPP layihəsinin reallaşmasının təkcə Ermənistanı deyil, həm də Mərkəzi Asiyanı Aİ-yə yaxınlaşdıracağını və bunun regionda dəyərli təhlükəsizlik təminatı olacağını söyləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31