Qazaxıstan uranı Finlandiya Atom Elektrik Stansiyalarına təklif edilir – ÖZƏL
13:32 DünyaOlaylar.az xəbər verir ki, Qazaxıstan Atom Enerjisi Agentliyinin sədri Almasadam Satkaliyev ArbatMedia-ya bildirib ki, Qazaxıstan uranının Finlandiya Atom Elektrik Stansiyalarına (AES) mümkün tədarükü ilə bağlı danışıqlar aparılır.
Agentlik rəhbəri qeyd edib ki, hazırda Finlandiya nümayəndələri ilə bu məsələ üzrə danışıqlar davam edir.
Satkaliyev vurğulayıb: "Qazaxıstan hər zaman beynəlxalq bazarlarımızı artırmaqda maraqlıdır, biz həmişə tərəfdaşlarımıza Qazaxıstan uranının alınması imkanlarını nəzərdən keçirməyi təklif edirik. Biz bu təklifi fin həmkarlarımıza da irəli sürəcəyik," - deyə o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31