ABŞ maraqlarını təmin etmək üçün hərbi vasitələrdən istifadə edə bilər- ÖZƏL

Olaylar.az xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Minskdə keçirilən Avrasiya Təhlükəsizliyi Beynəlxalq Konfransında bildirib ki, ABŞ öz maraqlarını irəli aparmaq üçün həm sanksiyalar, həm də hərbi vasitələrdən istifadə edə bilər. Lukaşenko qeyd edib ki, hazırda tətbiq olunan sanksiyalar gələcəkdə digər ölkələrə qarşı da yönəldilə bilər. O, nümunə olaraq Hindistanı göstərərək bildirib ki, ölkə ABŞ-ın istədiyi mənbədən fərqli yerlərdən neft alarsa, üzərinə sanksiyalar tətbiq oluna bilər.
Lukaşenko əlavə edib ki, ABŞ maraqlarını təmin etmək üçün lazım gələrsə, hərbi üsullara da əl ata bilər. O, bu kontekstdə Venesuelanı misal gətirib. Prezident vurğulayıb ki, dünya bu ssenarilərin gerçəkləşə biləcəyini anlayır və buna hazır olmalıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31