Kenyada mülki təyyarə qəzaya uğrayıb - Ölənlər var

Kenyada göyərtəsində 12 nəfər olan mülki təyyarə qəzaya uğrayıb.

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin mülki aviasiya idarəsi məlumat yayıb.

İnsident Kvale şəhəri yaxınlığında (Keniyanın şərqində) baş verib. Hələlik yerə çırpılan təyyarədə həlak olan sərnişin və ekipaj üzvlərinin hansı ölkənin vətəndaşları olduğu açıqlanmır.

Hazırda hadisə yerində yanğınsöndürənlər və təhqiqatçılar işləyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31