Ermənistanda seçici ədalət: hüquqşünas hökuməti “ikili standartlarda” ittiham edib – ÖZƏL

Ermənistanda konstitusiya hüququ üzrə mütəxəssis, "Beynəlxalq Parlamentarizmin İnkişaf Mərkəzi" ictimai təşkilatının rəhbəri Goar Meloyan hökuməti ədalətin seçici tətbiqində və ikili standartlarda ittiham edib. 

Olaylar.az xəbər verir ki, o, bu barədə "Facebook" səhifəsində yazıb.

Meloyan bildirib ki, əgər Rusiyayla ittifaq yaratmaq çağırışları Ermənistanın suverenliyindən imtina kimi qiymətləndirilir və bu səbəbdən Gümrü meri Vardan Qukasyana qarşı Cinayət Məcəlləsinin 422-ci maddəsi (hakimiyyətin ələ keçirilməsinə, ərazi bütövlüyünün pozulmasına və ya konstitusiya quruluşunun zorla dəyişdirilməsinə çağırış) üzrə cinayət işi açılırsa, o zaman Avropa İttifaqına üzvlüklə bağlı çağırışlar da eyni hüquqi qiymətə malik olmalıdır.

"Əgər Ermənistan Avropa İttifaqına üzv olarsa, bu, müəyyən dərəcədə suverenliyin Aİ strukturlarına ötürülməsi demək olacaq. Deməli, hər hansı beynəlxalq təşkilata və ya dövlətə qoşulmaq çağırışı cinayət kimi qiymətləndirilməməlidir, çünki istənilən ittifaqa daxil olmaq müəyyən suverenlik güzəştləri tələb edir", - deyə Meloyan qeyd edib.

Onun sözlərinə görə, hüquq-mühafizə orqanları Cinayət Məcəlləsini birtərəfli şəkildə, yalnız hakimiyyətin siyasi rəqiblərinə qarşı tətbiq etdikdə, bunun arxasında qanunun aliliyi deyil, "siyasi qisas" motivi dayanır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31