Belarus Litvadan sərhəd məntəqələrinin fəaliyyəti ilə bağlı rəsmi bildiriş almayıb- ÖZƏL 

Belarusun Dövlət Sərhəd Komitəsi Litva tərəfinin sərhəd keçid məntəqələrinin fəaliyyəti ilə bağlı hələ də rəsmi bildiriş göndərmədiyini açıqlayıb. Olaylar.az xəbər verir ki, bu barədə komitənin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, Litvanın "Şalçinininkay" ("Benyakoni") sərhəd-keçid məntəqəsi fəaliyyət göstərmir. Eyni zamanda, "Medyininkay" məntəqəsində son sutka ərzində 158 minik avtomobili, 25 yük maşını və 3 avtobus qəbul edilib. Məlumata əsasən, hazırda Litvaya keçid üçün 1 630 yük avtomobili və 10 minik avtomobili növbə gözləyir. Belarus tərəfi bildirir ki, Litva hakimiyyətindən sərhəd məntəqələrinin fəaliyyət qaydaları ilə bağlı hələlik heç bir rəsmi məlumat daxil olmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31