Yaponiyanın baş naziri Trampa Abeyə məxsus qolf klubu hədiyyə edib- ÖZƏL 

Yaponiyanın Baş naziri Sanae Takaichi ABŞ prezidenti Donald Trampa maraqlı və simvolik hədiyyə təqdim edib. Takaichi Tokioda rəsmi səfərdə olan Trampa mərhum keçmiş Baş nazir Şinzo Abe-yə məxsus qolf çubuğunu bağışlayıb. Olaylar.az xəbər verir ki, bu barədə kadrları Ağ Ev yayımlayıb. Hədiyyə həm də Takaichinin Abe ilə olan yaxın münasibətinə və Trampın mərhum yapon lideri ilə dostluğuna işarə kimi qiymətləndirilir.
Bundan əlavə, Yaponiyanın Baş naziri amerikalı lidere məşhur yapon qolfçusu Hideki Matsuyamanın avtoqrafı olan qolf çantası da təqdim edib. Qeyd edək ki, Donald Tramp qolf həvəskarı kimi tanınır və 2017-ci ildə ABŞ prezidenti olduğu dövrdə o, Şinzo Abe ilə birlikdə Yaponiyada bir neçə saat qolf oynamışdı. Yeni Baş nazir Sanae Takaichi Abe-nin ən yaxın siyasi tərəfdarlarından biri və onun ailəsinin dostu hesab olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31