Monteneqro Türkiyə vətəndaşları üçün vizasız rejimi dayandırır

Monteneqro Türkiyə vətəndaşları üçün qüvvədə olan vizasız rejimi dayandırmaq niyyətindədir.

Olaylar CNN-ə istinadən xəbər verir ki, bu barədə Monteneqronun Baş naziri Milojko Spayiç sosial media platforması X-də paylaşım edib.

O qeyd edib ki, sözügedən qərar bu gün veriləcək.

"Təcili prosedur çərçivəsində Türkiyə vətəndaşları üçün vizasız rejimin müvəqqəti dayandırılması barədə qərar qəbul edəcəyik", - deyə o bildirib.

Buna səbəb kimi son illərdə ölkədə Türkiyə vətəndaşları ilə bağlı zorakılıq hadisələrinin sayının artması göstərilir.

Qeyd edək ki, Türkiyə vətəndaşları Monteneqroda 90 gün vizasız qala bilirlər. Hazırda Monteneqroda 13 min 308 Türkiyə vətəndaşı yaşayır. Monteneqrodakı xarici müəssisələrin 28,3 faizi isə Türkiyə vətəndaşlarına məxsusdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31