"Time" jurnalı Trampın şəklini dəyişdi
19:49 DünyaRespublikaçıların orijinal versiyasını tənqid etməsindən sonra "Time" jurnalı noyabr sayının üz qabığında ABŞ Prezidenti Donald Trampın fotosunu yeniləyib.
Olaylar xəbər verir ki, jurnalın üz qabığında əvvəlcə Trampın yuxarı baxdığı şəkil yerləşdirilib. Respublikaçıların etirazından sonra Ağ Evin Oval Ofisində çəkilmiş fotosu yerləşdirilib.
Üz qabıqdakı alt başlıq da dəyişdirilib. Belə ki, "Onun Zəfəri" yazısı "Trampın Dünyası" ilə əvəzlənib.
ABŞ prezidenti Donald Tramp da "Time" jurnalının üz qabığındakı portretinin çıxarılmasını tələb etmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31