Ukraynalı fırıldaqçılar rusiyalılara İran və Gürcüstan nömrələrindən zəng edirlər - ÖZƏL

Ukraynalı fırıldaqçılar Rusiya vətəndaşlarını aldadmaq üçün İran, Gürcüstan və Slovakiya nömrələrindən istifadə etməyə başlayıblar.

Olaylar xəbər verir ki, bu barədə "Mash" məlumat yayıb.

"Əgər nömrələr +98, +995 və ya +421 ilə başlayırsa, zəngə cavab verməyin", - Telegram kanalının müəllifləri xəbərdarlıq edirlər.

Cinayətkar sxemlər isə əvvəlki kimi qalır: fırıldaqçılar təşkilat əməkdaşları adı ilə göndərilən SMS-dəki kodu tələb edirlər.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31