Rəsmi Moskva vətəndaşlarına ABŞ-yə səyahət etməməyi tövsiyyə etdi
19:26 DünyaRusiya vətəndaşlarına ABŞ-a səyahət edərkən bütün riskləri diqqətlə nəzərdən keçirmək tövsiyə olunur.
Olaylar xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.
Bildirilir ki, səyahət edən ruslar uşaqlarını "oğurlamaq" ittihamı ilə ABŞ hüquq-mühafizə orqanları tərəfindən saxlanılırlar.
"Söhbət əsasən rusiyalı qadınların ABŞ ərazisində amerikalılarla nikahdan doğulan yetkinlik yaşına çatmayanları uşaqlarını qaçırmaq kimi ittihamlarla saxlanılmasından gedir. Oxşar vəziyyətlərdə olan Rusiya vətəndaşlarına, xüsusən də qadın həmvətənlərimizə ABŞ-a səyahət edərkən bütün riskləri diqqətlə ölçmələri tövsiyə olunur. Yaxud daha yaxşısı, səyahət etməkdən çəkinməkdir"-deyə, nazirliyin müraciətində qeyd edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31