Zaxarova: BRICS sakit şəkildə öz işini görür və heç kimə meydan oxumur - ÖZƏL
19:25 DünyaBRICS sakit və ardıcıl şəkildə fəaliyyət göstərir və heç kimə meydan oxumur.
Olaylar xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Made in Russia" forumunun çərçivəsində müsahibəsində bildirib.
O, BRICS ilə bağlı "Atlantikanın hər iki tərəfindəki emosional partlayışları" dünyanın nizamında "geri dönməz əsaslı dəyişikliklər"ə verilən tam izahlı reaksiya kimi qiymətləndirib.
"BRICS sakit və ardıcıl fəaliyyət göstərir... cari siyasi konjonkturdan asılı olmayaraq", - diplomat vurğulayıb.
Bundan əvvəl Sudan Maliyyə və İqtisadi Planlaşdırma naziri Cibril İbrahim ölkəsinin BRICS-ə qoşulmaqda maraqlı olduğunu açıqlayıb.
Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin üzvü Dmitri Belik isə RT-yə bildirib ki, BRICS ölkələri arasında ticarət və iqtisadi münasibətlər dinamik şəkildə inkişaf edir.
İbrahim Məmmədli