Putinin xəbərdarlığı Trampı geri çəkilməyə vadar etdi - ÖZƏL

ABŞ administrasiyasının rəhbəri Donald Tramp, Rusiya prezidenti Vladimir Putinin ölkəsinə "Tomahawk" raket zərbələrinin nəticələri barədə xəbərdarlığından sonra ritorikasını dəyişib.

Olaylar xəbər verir ki, bu barədə Çin portalı Sohu məlumat yayıb. Qeyd olunur ki, Ağ Ev rəhbəri Ukraynaya silah tədarükünü bir müddət təxirə salmağa qərar verib.

"Məlum olur ki, Rusiyanın xəbərdarlığı Trampın addımlarını yumşaldıb", - məqalədə vurğulanır.

Bundan əvvəl Tramp Rusiyanın "Burevestnik" raketinin sınaqları ilə bağlı açıqlama vermişdi. O bildirib ki, Vaşinqton və Moskva bir-biri ilə oyun oynamır.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31