Taker Karlson: Putin dünyanın ən populyar lideridir - ÖZƏL

Rusiya prezidenti Vladimir Putin dünyanın ən populyar lideridir.

Olaylar xəbər verir ki, bu fikri amerikalı jurnalist Taker Karlson RTVI telekanalına verdiyi müsahibədə səsləndirib.

"Putin dünyanın ən populyar lideridir və bunu böyük fərqlə demək olar", - deyə jurnalist bildirib.

Karlsonun sözlərinə görə, istər Kanadada, istər Qərbi Avropada, istərsə də ingilisdilli dünya və onun hüdudlarından kənarda - Yaxın Şərqdə, Asiyada və ya Şərqi Avropada olsun, "Putini bəyənməyən birini tapmaq çətindir". O qeyd edib ki, Rusiya prezidenti "sanki qlobal miqyasda tanınan bir ulduzdur".

Jurnalist hesab edir ki, Putinin populyarlığının əsas səbəbi onun "öz şəxsi maraqlarını deyil, ölkəsinin maraqlarını hər şeydən üstün tutmasıdır". Bu isə, Karlsonun fikrincə, onu Qərb liderlərindən fərqləndirir.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31