Çijov: Rusiya Aİ-nin diplomatların hərəkətini məhdudlaşdırmaq səylərinə cavab verəcək - ÖZƏL

Rusiya Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Komitəsinin sədrinin birinci müavini Vladimir Çijov bildirib ki, əgər Avropa İttifaqı rusiyalı deputatların hərəkətini məhdudlaşdırmaq qərarı qəbul edərsə, Rusiya buna cavab verəcək.

"Əlbəttə, müəyyən reaksiya olacaq. Düşünürəm ki, hazırda bu məsələ üzərində iş aparılır", - deyə o, açıqlamasında bildirib.

Olaylar xəbər verir ki, Çijovun sözlərinə görə, Rusiyanın cavab addımı asimmetrik xarakter daşıya bilər.

Qeyd edək ki, bundan əvvəl Rusiya hökuməti sədrinin müavini Aleksey Overçuk Qərbin Rusiyanı diz çökdürmək cəhdlərinin uğursuzluqla nəticələndiyini vurğulamışdı.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31