Qasım Mohiuddin: Azərbaycanla Ermənistan arasında sülh bölgədə iqtisadi rifaha gətirəcək
27 Oktyabr 2025 17:40 Dünya"Vaşinqtonda Azərbaycanla Ermənistan arasında əldə olunmuş sülh prosesini yüksək qiymətləndiririk".
Bunu Teleqraf-a açıqlamasında Pakistanın ölkəmizdəki səfiri Qasım Mohiuddin deyib.
"Bu razılaşma əldə olunduqdan sonra Prezident İlham Əliyev Baş nazir Şahbaz Şərifə zəng vurub. Biz bu müsbət inkişafı səmimiyyətlə alqışlayırıq. Həqiqətən hesab edirik ki, bu bölgədə sülhün bərqərar olması həm Ermənistan, həm də regionun digər ölkələri üçün iqtisadi rifaha gətirib çıxaracaq. Biz Qafqazda sülh və inkişaf üçün atılan bütün səyləri dəstəkləyirik" - səfir əlavə edib.
Diplomat Azərbaycanın ölkəsinə dəstəyindən də danışıb: "Azərbaycan İslam Əməkdaşlıq Təşkilatında (İƏT) Kəşmir məsələsi üzrə əlaqə qrupunun üzvüdür. Azərbaycan Kəşmirlə bağlı bütün BMT qətnamələrini daim dəstəkləyir və həmin qətnamələr Hindistan işğalını dövrümüzün ən qəddar işğallarından biri kimi tanıyır. Buna görə də Azərbaycan bu münaqişə boyu Kəşmir xalqının yanında dayanan ədalətin güclü səsi olub".