Minsktrans Vilnüs sərhədinin bağlanması ilə əlaqədar Latviya və Litvaya uçuşları ləğv edib - ÖZƏL
16:37 DünyaBelarusun dövlət nəqliyyat müəssisəsi "Minsktrans" Litva hökumətinin sərhədi bağlaması ilə əlaqədar Latviya və Litvaya bir sıra avtobus reyslərini müvəqqəti olaraq ləğv edib. Olaylar.az xəbər verir ki, şirkətin məlumatına görə, Riqaya, Vilnus və Kaunas şəhərinə planlaşdırılmış gediş və geri dönüş reysləri 27-29 oktyabr tarixlərində həyata keçirilməyəcək. İmtina edilmiş reyslərə bilet almış sərnişinlərə biletlərin tam məbləği geri qaytarılacaq. Litva hökuməti Belarusla sərhəddəki iki keçid məntəqəsini bağlayıb. Nəticədə, bu istiqamətdə fəaliyyət göstərən keçid məntəqələri tamamilə dayanıb. Litvanın baş naziri İnqa Ruginene bildirib ki, hökumət 29 oktyabrda Belarusla sərhədin tam bağlanması planını təsdiqləməyi planlaşdırır.
Onun sözlərinə görə, bu addımın əsas səbəbi Belarus ərazisindən Litvaya qanunsuz tütün məhsulları daşıyan meteoroloji zondların kütləvi şəkildə göndərilməsidir. Əvvəllər bu hallar nadir müşahidə olunsa da, oktyabr ayında onlar mütəmadi və kütləvi hal alıb.
Litva rəsmilərinin məlumatına görə, 22 oktyabrda təxminən 200 belə zond ölkə ərazisinə daxil olub. Bu vəziyyət hava təhlükəsizliyinə ciddi təhdid yaratdığı üçün Vilnüs Beynəlxalq Hava Limanı üç gecə ardıcıl bağlanmalı olub.