Polşada iki Ukrayna vətəndaşı casusluqda ittiham olunaraq saxlanıldı
16:25 DünyaPolşada iki Ukrayna vətəndaşı casusluqda şübhəli bilinərək saxlanılıb.
Olaylar.az-ın məlumatına görə, Katovits şəhərində 32 və 34 yaşlarında olan bir kişi və qadın xarici kəşfiyyat orqanına işləməkdə ittiham olunublar.
Nazir-koordinatorun mətbuat katibi Yaçek Dobjinski bildirib ki, əməliyyat Hərbi əks-kəşfiyyat xidməti və Daxili Təhlükəsizlik Agentliyi tərəfindən birgə həyata keçirilib.
İstintaq materiallarına əsasən, saxlanılan şəxslər Polşanın hərbi potensialını qiymətləndirmək, Polşa ordusuna aid məlumat toplamaq və Ukraynaya silah tədarük marşrutları boyunca gizli kameralar quraşdırmaqla məşğul olublar.
Hazırda istintaq davam edir, saxlanılan şəxslərin casus şəbəkəsinin digər üzvləri ilə əlaqələrinin araşdırıldığı bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31