Avroparlamentarinin Tbilisiyə cavabı: “Gürcü Arzusu”nun boş kresloları saxta seçki nəticəsidir – ÖZƏL

Polşalı Avropa Parlamentinin deputatı Kşiştof Breyza "Gürcü Arzusu" partiyasının nümayəndə heyətinin İrəvanda keçirilən "Euronest" Parlament Assambleyasının 12-ci plenar sessiyasında iştirak etməməsinə sərt reaksiya verib.

Olaylar.az xəbər verir ki, bu, Gürcüstan parlamentinin Avropaya inteqrasiya komitəsinin sədri Livan Maxaşvilinin iştirakdan imtina səbəblərini izah etdiyi məktuba cavab olub.

Kşiştof Breyza öz cavabında bu qərarı təəccüblü saymayıb: "Gürcü Arzusunun" nümayəndə heyəti İrəvanda Euronest-ə gəlmədi. Təəccüblü deyil - 2024-cü il "seçkiləriniz" saxtalaşdırılanda və legitimliyiniz bütün Avropada şübhə altına alınanda, boş kreslolar daha asan yoldur."

Avropa Parlamentinin deputatı, həmçinin, Gürcüstan hökumətinin onları "düşmən" adlandırmasına toxunub: "Onlar bizi Gürcüstan xalqını dəstəklədiyimiz üçün "düşmən" adlandırırlar. Əslində, onları təcrid edən demokratiyaya və Avropaya qarşı öz düşmənçilikləridir. Mən Gürcüstan vətəndaşlarının hələ də inandıqları dəyərləri - azadlığı, həqiqəti və Avropa gələcəyini təmsil etmək üçün İrəvandayam," - deyə Breyza fikrini tamamlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31