Tramp: Rusiyanın dondurulmuş aktivlərinin Ukrayna üçün istifadəsi məsələsi Aİ-nin işidir – ÖZƏL

ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqının (Aİ) dondurulmuş Rusiya aktivlərindən Ukraynanın hərbi sahəsini maliyyələşdirmək məqsədilə istifadə etməsi məsələsinə aidiyyəti olmadığını bildirib.

Olaylar.az xəbər verir ki, Kuala-Lumpurdan Tokioya uçan təyyarənin göyərtəsində jurnalistlərlə söhbəti Ağ Evin saytında yayımlanıb.

Dövlət başçısına sual verilib ki, Aİ dondurulmuş Rusiya aktivlərindən Ukrayna Silahlı Qüvvələrini maliyyələşdirmək üçün istifadə etməlidirmi. Tramp cavabında deyib: "Bunu Aİ-dən soruşmalısınız. Mənim buna aidiyyətim yoxdur. Bu, Aİ-nin işidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31