Tramp: “Maskla münasibətlərimiz yaxşıdır, mən onu hər zaman bəyənmişəm” - ÖZƏL

ABŞ Prezidenti Donald Tramp bildirib ki, milyarder İlon Maskla aralarındakı münasibətlər hələ də yaxşıdır. Olaylar.az xəbər verir ki, o, bunu Yaponiyaya səfəri zamanı təyyarədə jurnalistlərə açıqlamasında deyib. Söhbətin videosu Ağ Evin "YouTube" kanalında yayımlanıb. "İlonla hər şey yaxşıdır. Mən onu bəyənirəm, həmişə də bəyənmişəm. O, yaxşı və çox bacarıqlı insandır", - deyə Tramp vurğulayıb. Prezidentin sözlərinə görə, o, zaman-zaman Maskla əlaqə saxlayır və hesab edir ki, milyarder son dövrlərdə "uğursuz bir dövr" keçirib. Xatırladaq ki, İlon Mask dövlət qulluğundakı vəzifəsini tərk etdikdən sonra, iyunun 5-də Tramp və Mask sosial şəbəkələrdə bir-birlərinə qarşı açıq polemikaya girmişdilər. Mask Trampın 2024-cü il seçkilərində qalib gəlməsini öz dəstəyinə bağlamış, eyni zamanda impiçment təşəbbüsünü dəstəkləmiş, Ağ Ev tərəfindən hazırlanan dövlət xərcləri qanun layihəsini və tətbiq olunan idxal rüsumlarını tənqid etmişdi.
Tramp isə cavabında Maskı "dəli" adlandırmış və onun dövlət səmərəliliyinin artırılması üzrə qurumu (DOGE) rəhbəri kimi vəzifəsini vicdanla yerinə yetirmədiyini bildirmişdi.
Prezidentin son açıqlaması isə tərəflər arasında münasibətlərin yumşalmağa doğru dəyişdiyini göstərir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31