Trampdan Putinə şillə kimi cavab: Bizim sualtı qayığımız onun sahillərindədir, 8000 millik raketə ehtiyacımız yoxdur
11:18 DünyaABŞ prezidenti Donald Tramp Vladimir Putinin "Burevestnik" nüvə daşıyıcılı raketinin sınağı ilə bağlı açıqlamasına münasibət bildirib.
Olaylar.az xəbər verir ki, o, ABŞ-ın Rusiya sahillərində nüvə sualtı qayığının olduğunu xatırladıb: "Onlar bilirlər ki, bizim dünyanın ən yaxşı nüvə sualtı qayığımız birbaşa onların sahillərindədir. Ona görə də bizə 8000 mil məsafəyə uçan raket lazım deyil. Onlar bizimlə oyun oynamırlar, biz də onlarla oyun oynamırıq. Biz daim raket sınaqları keçiririk, amma dediyim kimi, nüvə sualtı qayığımız var - bu qədər məsafəyə atəş açmağa ehtiyacımız yoxdur.
Yeri gəlmişkən, Putinin belə açıqlamalar verməsinin uyğun olduğunu düşünmürəm. O, bir həftə davam etməli olan və indi dördüncü ilinə yaxınlaşan müharibəyə son qoymalıdır. O, bunu etməlidir, raket sınaqları yox".