Tramp Si Cinpinin ABŞ-a səfər edəcəyinə ümid edir - ÖZƏL
27 Oktyabr 2025 10:53 DünyaABŞ prezidenti Donald Tramp Çinə səfərindən sonra Çin lideri Si Cinpinin də yaxın vaxtlarda ABŞ-a rəsmi səfər edəcəyinə ümid etdiyini bildirib. Tramp qeyd edib ki, mümkün görüş Vaşinqtonda və ya Floridada baş tuta bilər.
Olaylar.az xəbər verir ki, o, bu səfərin iki ölkə arasında iqtisadi və siyasi məsələlərin müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyacağını vurğulayıb. Trampın sözlərinə görə, ABŞ və Çin arasında dialoqun davam etdirilməsi qarşılıqlı maraqlara xidmət edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31