Lavrovdan açıqlama: Putin Trampın Ukrayna planını qəbul etməyə hazırdır

Rusiya Xarici İşlər naziri Sergey Lavrovun sözlərinə görə, Vladimir Putin ABŞ prezidenti Donald Trampın komandasının Ukrayna ilə bağlı təqdim etdiyi konsepsiya əsasında əməkdaşlığa hazır olduğunu bildirib.

Olaylar.az xəbər verir ki, Lavrov bu barədə Macarıstanın "Ultrahang" adlı YouTube kanalına müsahibəsində deyib:

"Putin Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffun Moskvada təqdim etdiyi konsepsiya və çərçivə yanaşması əsasında əməkdaşlığa hazır olduğunu söylədi. Bu mövzular daha sonra Ankoricdə də müzakirə olundu".

Lavrovun məlumatına görə:

Moskva ABŞ tərəfindən təqdim olunan konsepsiyanı qəbul etməyə və onun əsasında praktiki addımlar atmağa hazır olduğunu bildirib;

Lakin bu mövzuda tərəflərdən birbaşa cavab olmayıb;

Danışıqların davam etdirilməsi üçün tərəflər düşünmək məqsədilə pauza götürməyə razılaşıb. (Musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31