İsrail ordusu BMT sülhməramlılarına hücum edib
27 Oktyabr 2025 10:16 Dünyaİsrail ordusunun Livandakı BMT Sülhməramlı Qüvvələrinin (UNIFIL) patruluna atəş açdığı bildirilib.
Olaylar.az xəbər verir ki, bu barədə BMT Sülhməramlı Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Açıqlamada qeyd olunur ki, İsrailə məxsus pilotsuz uçuş aparatı (PUA) Livanın Kfarqila yaşayış məntəqəsi yaxınlığında UNIFIL patruluna yaxınlaşıb və qumbara atıb. Ardınca İsrail tankı sülhməramlıların istiqamətinə atəş açıb.
"Xoşbəxtlikdən, UNIFIL əməkdaşları arasında xəsarət alan olmayıb və onların avadanlığına zərər dəyməyib", - deyə bəyanatda bildirilir.
BMT tərəfi bu hadisəni Livanın suverenliyinin və BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin pozulması kimi qiymətləndirib. Hadisə bölgədə gərginliyin daha da artmasına səbəb olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31