Netanyahu: İsrailin təhlükəsizliyi ilə bağlı qərarları yalnız biz veririk

"İsrail suveren dövlət kimi təhlükəsizlik siyasətini özü müəyyən edir və hansı xarici qüvvələrlə əməkdaşlıq edəcəyinə yalnız özü qərar verir".

Teleqraf xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu hökumətin iclasından əvvəl jurnalistlərə açıqlamasında deyib.

"Biz öz təhlükəsizliyimizə nəzarət edirik və beynəlxalq qüvvələrə açıq şəkildə bildirmişik ki, İsrail üçün hansı qüvvələrin qəbuledilməz olduğunu biz müəyyənləşdiririk. Bu prinsip əsasında da hərəkət etmişik və edəcəyik," - o bildirib.

Baş nazir əlavə edib ki, bu mövqe ABŞ tərəfindən də qəbul edilib:

"Son günlər ABŞ-nin yüksək səviyyəli nümayəndələri də bu mövqeyə anlayışla yanaşdıqlarını ifadə ediblər."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31