Erməni kilsəsi bu gün rəsmən parçalana bilər
15:55 Dünya"Ermənistan hakimiyyəti Erməni Apostol Kilsəsinə qarşı hücum və hədələrlə öz səlahiyyətlərini aşır".
Musavat.com xəbər verir ki, bu barədə Moskva və Bütün Rusiyanın müqəddəs Patriarxı Kirillin müşaviri, protoyerey Nikolay Balaşov "RİA Novosti"-yə bildirib.
"İnsanda belə bir təəssürat yaranır ki, Ermənistan hökumətinin hazırkı lideri milli mənəvi əsaslarla qeyri-bərabər mübarizə aparmağa qərar verib və bu məqsədlə kilsə iyerarxlarına və ümumilikdə onun ruhanilərinə qarşı təqiblərə və təhqirlərə əl atır, ruhaniləri həbs edir, kilsə binalarını müsadirə etməklə hədələyir" deyə, Balaşov bildirib.
O əlavə edib ki, Ermənistan qanunlarına görə kilsə dövlətdən ayrıdır və dövlət məmurlarının onun işlərinə qarışmaq hüququ yoxdur: "Dünyəvi dövlətdə siyasi xadimin kilsənin özünün kanonik fərmanları ilə müəyyən edilən kilsə həyatının strukturuna müdaxilə etmək hüququ yoxdur. Ermənistan Konstitusiyası dini qurumların fəaliyyət azadlığına təminat verir və onların muxtar və dövlətdən ayrı olduğunu vurğulayır. Beləliklə, baş nazir bu cür bəyanatlarla öz konstitusiya səlahiyyətlərini pozur, kilsə rəhbərlərinin ünvanına hədə-qorxu gəlir, təhqiramiz ifadələr işlədir" deyə, Rusiya patriarxın müşaviri vurğulayıb.
O, həmçinin xatırladıb ki, dövlət "erməni xalqının mənəvi həyatında, milli mədəniyyətinin inkişafında və milli kimliyinin qorunub saxlanmasında milli kilsə kimi Erməni Apostol Müqəddəs Kilsəsinin müstəsna missiyasını" tanımağa borcludur: "Tarix göstərir ki, xalqın və kilsənin inancına qarşı mübarizə aparanlar məğlub olurlar."
Bu arada II Qaregin istənilən təzyiqə müqavimət göstərməyə hazır olduğunu bəyan etdi. O, hətta həbsxanadan belə kilsəyə rəhbərlik etməyə hazır olduğunu söyləyib. Ermənistan parlamentinin sədri Alen Simonyan II Qaregin adlı katolikosu tanımadığını bildirib. "Ktriç Nersisyan başa düşməlidir ki, bizi uçurumun kənarına itələməyə ehtiyac yoxdur... O, onsuz da gedəcək", - Simonyan bildirib.
Politoloq Qrant Mikaelyan hesab edir ki, Paşinyanın katolikosu Eçmiədzindən uzaqlaşdırmaqda deyil, onun əsl məqsədi kilsədə parçalanma yaratmaqdır. "Hökumət başçısı kilsəni Azərbaycanla sülhə təhlükə hesab edir, ona görə parçalanma yaratmaq istəyir".
Paşinyanın kilsənin gələcəyi üçün "stavka" etdiyi yer və din xadimi də bəllidir. Baş nazir deyib ki, belə qərara gəlib ki, Ovanavank kilsəsi insanın mənəvi həyat yaşaya biləcəyi yerdir. "Son aylarda baş verənlər buna sübut oldu və mən ruhani Asatryan olan icmaya qoşulmaq istəyirəm", - Paşinyan deyib.
Baş nazir qərara gəlib ki, Asatryan kimi keşişlər Erməni Apostol Kilsəsində xidmət etməyə layiqdirlər. Niyyətini təsdiqləyən Paşinyan b u gün Asatryanın rəhbərlik etdiyi kilsə mərasimində iştirak edəcəyinə söz verib. Mərasimin "İzlədiyim bu hadisələr məni inandırdı ki, Hovhannavank kilsəsi insanın mənəvi həyat yaşaya biləcəyi yerdir. Paşinyan bu gün Asatryanın rəhbərlik etdiyi kilsə mərasimində iştirak edəcəyinə söz verib. Onun Ovanavankda keçirilməsi planlaşdırılır.