Ağ Evdə qadın prezident görəcəklər - Harris

ABŞ-ın keçmiş vitse-prezidenti Kamala Harris yenidən prezidentliyə namizəd ola biləcəyini bildirib.

Axar.az xəbər verir ki, bu barədə Harris BBC-yə verdiyi müsahibədə deyib.

2024-cü Donald Trampa məğlub olan 61 yaşlı Harris bildirib ki, nəvələri mütləq Ağ Evdə bir qadın prezident görəcəklər.

"Mən bütün karyeramı xidmət həyatı ilə yaşamışam və bu, mənim sümüyümdədir. Xidmət etməyin bir çox yolu var. Hazırda etdiyim işlərdən başqa gələcəkdə nə edəcəyimə hələ qərar verməmişəm", - Harris vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31