Alimlərdən HƏYƏCAN TƏBİLİ: Xərçəngə səbəb olan qida məhsulu satışdan yığışdırılmalıdır
12:36 DünyaBritaniya alimləri supermarketlərdə bekon (donuz əti) satışının qadağan edilməsini tələb edirlər. Onlar həyəcan təbili çalaraq bildiriblər ki, bu məhsul 54 mindən çox adamın xərçəngə tutulmasına səbəb olub.
Bu barədə "Daily Mail" yazıb.
Ekspertlərin iddiasına görə, bekon, vetçina və kolbasa istehsalında ət emalı vasitələrinin nitratlarla vəhdəti kanserogen birləşmələrin əmələ gəlməsinə səbəb olur.
Qeyd edək ki, britaniyalı alimlərin bu xəbərdarlığından düz on il əvvəl Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) emal edilmiş əti 1-ci qrup kanserogen kimi təsnif etmiş, onu tütün və asbestlə eyni risk kateqoriyasına daxil etmişdi.//Oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31