Luvr soyğunu ilə bağlı ŞOK DETAL - Oğrularla gizli şəkildə əlbir olublar

Luvr muzeyinin təhlükəsizlik işçiləri oğrularla gizli şəkildə əlbir olublar.

Musavat.com xəbər verir ki, bu barədə "The Telegraph" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, təhlükəsizlik işçilərindən biri basqından əvvəl cinayətkarlarla əlaqə saxlayıb və onlara muzeyin təhlükəsizlik sistemi haqqında məlumat verib.

Oğruların şəxsiyyəti hələ müəyyən edilməyib, lakin müstəntiqlərin əlində təhlükəsizlik kamerası görüntüləri və cinayəti təsdiqləyən yazışmalar var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31