Luna: ABŞ Rusiya ilə sülh və ticarət dialoquna başlamalıdır - ÖZƏL

ABŞ Rusiya ilə müharibəni qızışdırmaq əvəzinə sülh və ticarət mövzusunda dialoqa başlamalıdır.

Olaylar xəbər verir ki, bu fikri ABŞ Nümayəndələr Palatasının Respublikaçılar Partiyasından olan üzvü Anna Paulina Luna səsləndirib.

O, sosial şəbəkə "X"-də paylaşım edərək bildirib ki, ABŞ-ın Rusiyaya qarşı neokonservativ müharibə siyasətini davam etdirmək əvəzinə ticarət imkanlarından yararlanması və sülhə nail olmağa çalışması vacibdir.

"Bizə fayda gətirə biləcək sülh və ticarət danışıqları aparmaq mümkün olduğu halda, nəyə görə supergücü özümüzdən uzaqlaşdırmalıyıq?" - deyə Luna qeyd edib.

Bundan əvvəl Luna Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Donald Tramp arasında baş tutan telefon danışığından sonra sülh naminə dua etməyə çağırmışdı.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31